Məhəmməd Salah İngiltərənin ən yaxşı oyunçusu oldu

“Liverpul”un yarımmüdafiəçisi Məhəmməd Salah İngiltərədə 2017/18 mövsümünün ən yaxşı futbolçusu seçilib.

Prosport.Az xəbər verir ki, bu haqda Peşəkar Futbolçular Assosiasiyası məlumat yayıb.

Qalib bu qurumun apardığı rəy sorğusu əsasında müəyyənləşib. Misirli futbolçudan əlavə mükafata David de Xea (“Mançester Yunayted”), Kevin de Bruyne, Leroy Sane, David Silva (hamısı “Mançester Siti”) və Harri Keyn (“Tottenhem”) də namizəd olublar.
  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.