"Sumqayıt"ın məğlubiyyətsiz oyunlar seriyası başa çatdı

“Sumqayıt”ın məğlubiyyətsiz oyunlar seriyası qırılıb.

Prosport.Az xəbər verir ki, Azərbaycan Premyer Liqasında ardıcıl 11 matçda uduzmayan Samir Abasovun komandası XXIV turun “Qarabağ”la ev görüşündə 0:1 hesabı ilə yenilib. 

“Gənclik şəhəri” təmsilçisi sonuncu dəfə XII turda məğlub olmuşdu. 2017-ci il noyabrın 17-də Ağdam klubuna səfərdə 0:2 hesabı ilə uduzan sumqayıtlılar 156 gündən sonra meydanı xalsız tərk edib.

Bu, həm də “Sumqayıt”ın Premyer Liqada 40-cı ev məğlubiyyətidir. Öz meydanında 109 qarşılaşma keçirən komanda bu matçadək 39 dəfə uduzmuşdu.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.