“Sumqayıt”ımı çox istəyirəm” – Samir Abbasov

“Sumqayıt”ın baş məşqçisi Samir Abbasov Premyer Liqanın XXIV turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Prosport.az xəbər verir ki, o, 0:1 hesabıyla uduzduqları oyundan sonra bunları söyləyib:

“Qarabağ”ı çempionluq münasibəti ilə təbrik edirəm. Ancaq heç istəməzdim ki, bu çempionluq bu gün rəsmiləşsin. Bu gün əvvəlki oyunlardan yaxşı oynadıq. Əfsuslar olsun ki, alınmadı. Ağdam təmsilçisinə Çempionlar Liqasında bol-bol uğurlar arzulayıram. “Sumqayıt”ımı çox istəyirəm. Əlimdən gələni edəcəyəm ki, hər şey yaxşı olsun. Şəhərimi çox istəyirəm və bu klubu hər şeydən çox istəyirəm".

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.