"Keşlə" də "Zirə"yə qalib gəldi

Bu gün Azərbaycan Premyer Liqasında 24-cü tura start verilib.

Prosport.Az xəbər verir ki, ilk oyun günündə bir görüş keçirilib. “Keşlə” öz meydanında “Zirə”ni qəbul edib. Qış fasiləsindən sonra keçirdiyi 9 oyunun heç birində qələbə qazana bilməyən Ayxan Abbasovun komandasının bu həsrəti bitməyib. Ölkə kubokunun finalına vəsiqə qazanan meydan sahibləri isə bu uğurun davamını çempionatda da gətirə bilib - 2:1. 

Turun digər görüşləri isə sabah keçiriləcək. "Səbail" "Kəpəz"i, "Neftçi" "Qəbələ"ni, "Sumqayıt" isə "Qarabağ"ı qəbul edəcək.

16:00 “Keşlə” – “Zirə” 2:1

Qollar: Andre Klenonnan, 49. Vaqif Cavadov. 69. - Milan Duriç, 26.
Hakimlər: Orxan Məmmədov, İsgəndər Əliyev, Cavanşir Yusifov, Rəşad Əhmədov
"İnter Arena"

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.