AFFA Ayxan Abbasovun cəzasını açıqladı

AFFA İntizam Komitəsi "Zirə"nin baş məşqçisi Ayxan Abbasovu cəzalandırıb.

Prosport.Az xəbər verir ki, Azərbaycan Premyer Liqasının XXIII turunda "Neftçi" ilə oyunun 85-ci dəqiqəsində AAbbasov texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanırb,  klub 800 manat cərimə olunub.

İntizam Komitəsinin 21 fevral 2018 - ci il 25 №-li protokoluna əsasən Ayxan Abbasova verilmiş 5 oyun cəzanın 3 oyunu şərti cəza kimi tətbiq edib və ona 6 ay sınaq müddəti vermişdi. Sınaq müddəti ərzində baş məşqçi yenidən cəzalandığına görə sanksiyanın növbəti hissəsi qüvvəyə minib.
  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.