"Qarabağ"ın çempion ola biləcəyi turun təqvimi açıqlandı

Azəraycan Premyer Liqasında XXIV turun oyun cədvəli müəyyənləşib.

Prosport.Az xəbər verir ki, iki gün ərzində olacaq turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.

Qeyd edək ki, əgər bu tur “Qarabağ” səfərdə “Sumqayıt”ı məğlub edərsə, 2017/18 mövsümünün qalibi adını vaxtından əvvəl təmin edəcək bu, Ağdam klubunun ardıcıl beşinci, ümumilikdə altıncı çempionluğu olacaq.

21 aprel (şənbə)

“Keşlə” – “Zirə”
“İnter Arena”, 16:00

“Sumqayıt” – “Qarabağ”
“Kapital Bank Arena”, 19:00

22 aprel (bazar)

“Səbail” – “Kəpəz”
“Bayıl Arena”, 17:00

“Neftçi” – “Qəbələ”
“Bakcell Arena”, 19:00

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.