Sadiqov və Errera hamıdan öndə

Azərbaycan Premyer Liqasının XXIII turunun “Zirə” - “Neftçi” matçı qonaqların iki futbolçusu - Rəşad Sadiqov və İqnasio Errera üçün əlamətdar olub.

Prosport.az xəbər verir ki, zirəlilərin qapısına hərəyə bir dəfə yol tapan futbolçular “Neftçi”nin heyətində Azərbaycan çempionatlarında 11-ci qollarını vurublar. Bu göstəriciyə görə onlar hazırda “ağ-qaralar”ın şərəfini qoruyan futbolçular arasında hamıdan öndədilər. 

Cəza səbəbindən “Zirə” ilə oyunu buraxan Ruslan Abışov və həmin matçda fərqlənən Rəhman Hacıyev isə “Neftçi” formasında Premyer Liqada 10 qola seviniblər.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.