“Qəbələ” xal itirdi, “Sumqayıt” və “Neftçi”dən vacib qələbə

Bu gün Azərbaycan Premyer Liqasında XXIII tura yekun vurulub.

Prosport.Az xəbər verir ki, "Qəbələ" "Səbail"i qəbul edib. Görüşdə qalib müəyyənləşməyib.

Digər oyunda "Keşlə" "Sumqayıt"ın qonağı olub. Mövsümün sürpriz komandası olan meydan sahibləri qələbə qazanıb.

Turun mərkəzi qarşılaşması Bakıda – Zirə qəsəbəsində keçirilib. Burda avrokuboklar uğrunda mübarizə aparan iki komanda – "Neftçi" və "Zirə" üz-üzə gəlib. Qonaqlar gözlənilmədən meydan sahibləri üzərində asan zəfər əldə edib.

17:00 “Qəbələ” – “Səbail” 1:1

Qollar: Famussa Kone, 82 – Fəhmin Muradbəyli, 55
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Cəmil Quliyev, Ziya Nəsirov
Qəbələ şəhər stadionu

18:00 “Sumqayıt” – “Keşlə” 2:1

Qollar: Bəhlul Mustafazadə, 58; Ehtiram Şahverdiyev, 83 – Məqsəd İsayev, 68

Qırmızı vərəqə: Məqsəd İsayev, 81 (ikinci sarı)
Hakimlər: Rauf Cabbarov, Elman Musayev, Elşad Abdullayev, Ramil Diniyev
“Kapital Bank Arena”

19:00 “Zirə” – “Neftçi” 0:3

Qollar: Rəhman Hacıyev, 10 (pen.); İqnasio Erera, 90; Rəşad Sadiqov, 90+5

Qırmızı vərəqə: Yani Urdinov, 51 (ikinci sarı)
Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Nahid Əliyev, Ömər Paşayev
Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, turun dünən Gəncədə keçirilmiş açılış matçında "Qarabağ" "Kəpəz"i 1:0 hesabı ilə məğlub edib.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.