"Qarabağ" Gəncədən 3 xalla qayıdır

Bu gün Azərbaycan Premyer Liqasında XXIII turun oyunlarına start verilib.

Prosport.Az xəbər verir ki, ilk oyun günündə bir görüş keçirilib.

Lider "Qarabağ" Gəncə səfərində autsayder "Kəpəz"lə qarşılaşıb. Ağdam klubu Ramil Şeydayevi 24-cü dəqiqədə vurduğu yeganə qol sayəsində Gəncə səfərindən 3 xalla qayıdıb.

Qeyd edək ki, turun digər üç qarşılaşması sabaha təyin edilib.

16:00 “Kəpəz” – “Qarabağ” 0:1

Qol: Ramil Şeydayev, 24.
Hakimlər: Orxan Məmmədov, Rahil Ramazanov, Knyaz Əmiraslanov, Rəşad Əhmədov
Gəncə şəhər stadionu

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.