AFFA "Keşlə" və "Kəpəz"i cərimələdi

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Prosport.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının XXII turunun “Kəpəz” – “Keşlə” matçında “Keşlə” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. 

Oyunun 26-cı dəqiqəsində “Kəpəz” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunub.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.