"Kəpəz"də ciddi itkilər

"Kəpəz" itkiylə üzləşib.

Prosport.Az xəbər verir ki, Nizami yurdunun təmsilçisi yarımmüdafiəçisi Samir Zərgərovun xidmətindən məhrum olub. Zərgərov Topaz Premyer Liqasının 22-ci turunda "Keşlə" ilə matçda sarı vərəqə alaraq cəzalı duruma düşüb. Sarı vərəqə limitini dolduran oyunçu 23-cü turda səfərdə "Sumqayıt"la keçiriləcək görüşdə komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, "Kəpəz"də həmin görüşü zədədən əziyyət çəkən Dedimar Fereyra da buraxacaq. Digər zəsəli Dieqo Souzanın vəziyyəti isə qeyri-müəyyəndir.

"Sumqayıt" - "Keşlə" görüşü aprelin 15-də baş tutacaq.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.