"Kəpəz"in zədəlilərinin durumu necədir?

Dünəndən məşqlərini bərpa edən “Kəpəz”in zədəlilərindən xəbər var.

Prosport.Az xəbər verir ki, Gəncə təmsilçisinin zədəli futbolçularının müalicəsi davam edir. Ötən tur “Sumqayıt”la matçda sonadək oynaya bilməyib əvəzlənən Dieqo Souzanın əzələsi yüklənib. Bir müddətdir ki, zədədən əziyyət çəkən Şadon Vinçesterlə Samir Zərgərovun vəziyyəti də həkim nəzarəti altındadır.

Vinçesterdən fərqli Zərgərovla Souza martın 22-dən fərdi halda məşqlərə başlaya biləcəklər. Şadonun müalicə prosesi isə martın sonlarına kimi uzanacaq. 

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.