"Kəpəz" yoxlama oyunu keçirəcək

Azərbaycan Premyer Liqasının sonuncu turunda “Sumqayıt”la oyundan sonra 3 günlük evə buraxılan “Kəpəz”in üzvlərinin istirahəti başa çatıb.

Prosport.Az xəbər verir ki, komanda dünən fitnes zalında bir araya gəlib. Bu gün isə futbolçular Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda saat 11:00-da məşqə çıxacaqlar.

Hazırlıq planına əsasən, Novruz bayramı ilə əlaqədar komandanın üzvlərinə martın 20-si və 21-i tarixlərində 2 günlük istirahət veriləcək. “Kəpəz” martın 22-də məşqləri bərpa edəcək.

Milli komandanın təlim-məşq toplanışı və yoxlama oyunları səbəbindən çempionatda yaranmış fasilə müddətində “sarı-göylər”in yoxlama görüşü keçirməsi də nəzərdə tutulub. 

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.