Premyer Liqa klubu baş məşqçisini qovdu

İngiltərə Premyer Liqasında çıxış edən "Sauthempton"un baş məşqçisi Maurisio Pelleqrino tutduğu vəzifədən azad olunub.

Prosport.Az xəbər verir ki, argentinalı mütəxəssis uğursuz nəticələrə görə istefaya göndərilib. 2017-ci ilin yayında komandanın baş məşqçisi təyin olunan 46 yaşlı çalışdırıcı ilə 3 illik müqavilə imzalanmışdı.

Qeyd edək ki, “Sauthempton” hazırda turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb. Komandanı təhlükəli zonadan cəmi 1 xal ayırır.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.