"Neftçi" - "Qarabağ" oyunu Məmmədova tapşırıldı

Azərbaycan Premyer Liqasının XX turunun "Neftçi" - "Qarabağ" oyununu idarə edəcək hakimin adına aydınlıq gəlib.

Prosport.Az xəbər verir ki, derbini İnqilab Məmmədov idarə edəcək. Ona Vaqif Musayev, Akif Əmirəli və Rəhim Həsənov köməklik edəcək.

Qeyd edək ki, martın 14-də "Bakcell Arena"da keçiriləcək qarşılaşmanın start fiti saat 18:00-da veriləcək.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.