Qurbanovla Qriqorçuk gerilədi, Abbasov irəlilədi

Dünyanın ən yaxşı məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.

Prosport.Az xəbər verir ki,  "World Coach Ranking" saytının təqdim etdiyi siyahıda Azərbaycandan üç məşqçi - Qurban Qurbanov ("Qarabağ"), Roman Qriqorçuk ("Qəbələ") və Ayxan Abaasovun ("Zirə") adı yer alıb.

Ən yaxşı nəticə Qurbanova məxsusdur. O, 1169 xalla 497-ci pillədə qərarlaşıb. O, ötən ayla müqayisədə 1 pillə geriləyib. 255 xalla 942-ci olan Qriqorçuk da 3 pillə geriləyib. Abbasov isə 217 xalla 986-cıdır. Gənc mütəxəssis həmkarlarından fərqli olaraq 5 pillə irəliləyib.

Qeyd edək ki, reytinq siyahısına "Real"ın çalışdırıcısı Zinəddin Zidan (18 min 356 xal) başçılıq edir. Renato Qauşo ("Qremio")  14 min 104 xalla 2-ci, Ernesto Valverde ("Barselona") 13 min 740 xalla 3-cü pillədə qərarlaşıb.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.