"Qarabağ"da ciddi itki

Azərbaycam Premyer Liqasının XX turunda “Neftçi”nin qonağı olacaq “Qarabağ” bu oyuna ciddi itki ilə çıxacaq.

Prosport.Az xəbər verir ki, Ağdam təmsilçisi “ağ-qaralar”la matçda əsas üzvlərindən Miçel Maderanın xidmətindən istifadə edə bilməyəcək. Premyer Liqanın 19-cu turunun “Zirə” ilə ev matçında (2:0), oyuna əlavə olunmuş 3-cü dəqiqədə sarı vərəqə alan ispan futbolçu cəzalı vəziyyətə düşüb. Miçel cari mövsümdə 4-cü dəfə sarı vərəqə alıb.

“Neftçi” - “Qarabağ” oyunu martın 14-də keçiriləcək.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.