"Bu məsələlər barədə danışmayaq" - Dani Kintana

"Qarabağ"ın futbolçusu Dani Kintana evdə "Zirə"yə 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XIX tur matçından sonra brifinq keçirib.

Prosport.Az xəbər verir ki, o, öncə oyunu dəyərləndirib:

- Erkən qol vurmağımız yaxşı oldu. Bir az sonra isə ikinci qolu vurduq. Həmişə olduğu kimi, oyuna da biz nəzarət edirdik. Düşünürəm ki, komanda bu gün 3 xala layiq oyun sərgilədi.

- Oyunun gedişində bir neçə dəfə mövqeyini dəyişdin. Bununla bağlı nə deyə bilərsən?
- Məşqçi mənə meydanda sərbəst hərəkət etmək imkanı yaradır. Bunun üçün sevinirəm. Bu gün də uğurlu alındı. Bəzən vəziyyətdən asılı olaraq, mövqeyimi dəyişirdim. Qol da vurdum.

- Növbəti oyun "Neftçi” ilə qarşılaşacaqsız. Bu komanda son turlarda yaxşı çıxış edir...
- Biz də bilirik ki, bu komanda yaxşı formadadı. Ardıcıl qələbələr qazanırlar. Bu oyunda da meydana hər zaman olduğu kimi, 3 xal üçün çıxacağıq. "Qarabağ” olaraq məqsədimiz budu. Onları isə çətinə salmağa çalışacağıq.

- Demək olar ki, "Qəbələ” çempionluq mübarizəsindən qopub. Bu, sənin üçün gözlənilməz oldu?
- "Qəbələ”nin belə xallar itirməsi mənim üçün də gözlənilməz oldu. Heç kəsi hesabdan silmirik. Heç nə həll olunmayıb. Biz mübarizəmizi davam etdirəcəyik. Addım-addım irəliləyirik. Hər zaman qarşımızdakı növbəti oyuna baxırıq. Çempionatın qalan 9 turunda da eynisini etməyə çalışacağıq.

- Sənin fikrincə, irəli xəttdə Mahir Mədədov istedadlıdı, yoxsa Ramil Şeydayev?
- Bu məsələlər barədə danışmayaq. Bu qərarları məşqçi verir. Komandamızın bütün hücumçuları bizim üçün önəmlidi. Məşqçi start heyətdə Ramilə şans verdi. Bu məsələyə qarışmaq istəməzdim

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.