“Qarabağ” dünya reytinqində 2 pillə irəlilədi

Dünyanın ən güclü klublarının növbəti reytinq siyahısı açıqlanıb.

Prosport.Az xəbər verir ki, “clubworldranking.com” saytının hazırladığı siyahıda Azərbaycanın 4 komandası yer alıb. Hesabında 1169 xal olan “Qarabağ” təmsilçilərimiz arasında yenə birincidir. Son açıqlanan siyahı ilə müqayisədə 2 pillə irəliləyən Ağdam klubu 536-cı sırada qərarlaşıb.

“Keşlə” 368 xalla 758-ci, “Qəbələ” 255 xalla 807-ci, “Zirə” isə 217 xalla planetin 826-cısıdır.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.