"İki səhv matçın taleyini həll etdi" - Tərlan Əhmədov

“Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasında XVI turun "Sumqayıt”la oyunsonrası mətbuat konfransında fikirlərini bildirib.

Prosport.Az xəbər verir ki, o, komandasının 0:2 hesablı məğlubiyyətini belə şərh edib:

"Oyuna pis başlamamışdıq, amma iki səhv matçın taleyini həll etdi. Təkrara baxanlar mənə dedilər ki, həmin epizodda penaltidən söhbət gedə bilməzdi. Amma artıq olub keçib. Sumqayıta 4-cü yer uğrunda mübarizədə 3 xal qazanmaq üçün gəlmişdik. İlk hissə ilə müqayisədə komanda ikinci hissədə daha yaxşı təsir bağışladı. Məğlub olduq, buna səbəbkar da mənəm. Görünür, komandanı oyuna həddindən artıq kökləmişdik ki, bu da səhvlərə gətirib çıxardı. Avroliqaya vəsiqə qazanmaq şansımızı itirməmişik. Əminəm ki, bu komanda öz sözünü deyəcək. Oyundan oyuna daha yaxşı çıxış edəcəyik”.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.