"Onların alnından öpürəm” - Samir Abasov

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının XVI turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.

Prosport.Az xəbər verir ki, o, 2:0 hesablı qələbə qazandıqları görüşlə bağlı bunları söyləyib:

"Bu gün sübut etdik ki, “Sumqayıt”ıq və mübarizəni meydanda aparırıq. Çox çılğın idim. Əlimdə imkan olsaydı, zədəli futbolçumu da meydana buraxardım. Uşaqlar oynadıqları şəhərin adına yaxşı mübarizə apardılar. Onların alnından öpürəm”.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.