"Qəbələ" - "Zirə" matçından sonra futbolçular arasında kütləvi dava - VİDEO

Azərbaycan Premyer Liqasının XVI turu çərçivəsində keçirilən "Qəbələ" - "Zirə" matçından sonra (2:1) ara qarışıb. 

Prosport.Az xəbər verir ki, baş hakim Rauf Cabbarovun final fitindən dərhal sonra iki komandanın futbolçuları arasında dava düşüb. Dava meydan sahiblərindən Ruslan Qurbanovun qanalı Riçard Qadze ilə dalaşması ilə başlayıb.

Daha sonra "Qəbələ"nin kapitanı Cavid Hüseynovla Vitali Vernidub, qonaq komandadan isə Riçard Qadze ilə Sadio Tunkara daha fəal iştirak edib. Münaqişə elə onların komanda yoldaşları və texniki personalın müdaxiləsindən sonra aradan qaldırılıb. 

Qeyd edək ki, görüş "Qəbələ"nin qələbəsi ilə yekunlaşıb - 2:1. 

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.