"Qəbələ" ikinci hissədə dönüş etdi, "Sumqayıt" Kamran Quliyevin "Neftçi"sinə qalib gəldi - YENİLƏNİB

Bu gün Azərbaycan Premyer Liqada XI tura start verilib.

Prosport.Az xəbər verir ki, ilk oyun günündə iki görüş keçiriləcək. Turun mərkəzi matçı Qəbələdə baş tutub. Burada yerli komanda "Zirə"ni qəbul edib. Oyunda ilk qolu qonaqlar vurublar. Paytaxt klubunun yeni transferi Aleksandr Dedov debüt matçının 39-cu dəqiqəsində hesabı açıb - 0:1. İlk hissə bu hesabla başa çatıb. Görüşün ikinci yarısı isə qəsəbə komandası üçün "cəhənnəm əzabı" kimi keçib. İkinci yarıya hücumlarla başlayan Roman Qriqorçukun komandası məğlubiyyətdən tezliklə xilas olmağı bacarıb. "Qırmızı-qaralar" bu görüşdə qalib gəlməklə, ikinci sırada möhkəmlənib. 56-cı dəqiqədə Stiven Monroz tarazlığı bərpa edib - 1:1. Bu qoldan 8 dəqiqə sonra "Qəbələ" Baqali Dabonun sayəsində hesabda önə keçib - 1:2. Bu oyunun yekun hesabı olub. Nəticədə "Qəbələ" ikinci sırada daha da möhkəmlənib. "Qırmızı-qaralar" ikinci sıradakı "Zirə"dən artıq 4 xal öndədir

Günü digər oyununda isə "Sumqayıt" "Neftçi"ni qəbul edib. Oyunu maraqlı edən məqam komandaların qonşu pillərdə qərarlaşmasından əlavə dünən Kamran Quliyevin "Sumqayıt"ın prezidenti postundan ayrılaraq "Neftçi"yə rəhbər təyin edilməsi idi. Bu səbəbdən qarşılaşmaya maraq böyük idi. Oyuna istəkli başlayan ev sahibləri matçın taleyini ilk hissədə həll etdilər. 13-cü dəqiqə Tural Axundovun, 17-ci dəqiqədə isə Amil Yunanovun vurduğu qollar sayəsində "kimyaçılar" 2:0 hesabı ilə önə keçdi. Gərgin mübarizə şəraitində keçən görüşün sonrakı dəqiqələrində komandalar fərqlənə bilmədilər. Bu qələbə "Sumqayıt"ın 4-cü sıradakı mövqeyini daha da möhkəmlənməsinə səbəb oldu.

15:00. “Qəbələ” – “Zirə” 2:1

Qollar: Stiven Monroz, 56. Baqali Dabo, 64 - Aleksandr Dedov, 39.
Hakimlər: Rauf Cabbarov, Akif Əmirəli, Knyaz Əmiraslanov, Orxan Məmmədov
Qəbələ şəhər stadionu

18:30. “Sumqayıt” – “Neftçi” 2:0

Qollar: Tural Axundov, 13-pen. Amil Yunanov, 17
Hakimlər: İnqilab Məmmədov, Vaqif Musayev, Rza Məmmədov, Rəhim Həsənov 
Sumqayıt. Şəhər stadionu

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.