"Qəbələ" ilə oyunda "Zirə" kimlər kömək edə bilməyəcək?

"Zirə" Azərbaycan Premyer Liqasının XVI turunda səfərdə "Qəbələ"nin qonağı olacaq.

Prosport.Az xəbər verir ki, "qartallar" bu oyuna iki itki ilə çıxacaq. Qapıçı Anar Nəzirov və müdafiəçi Jozef Bum qarşılaşmanı buraxacaq. Bir müddətdir zədədən əziyyət çəkən futbolçular məqşlərə başlasa da, "qırmızı-qaralar"la sabahkı oyunda meydana çıxmaqları gözlənilmir. Hər iki futbolçunun növbəti turda "Neftçi" ilə matça kimi hazır olacağı ehtimal olunur.

Qeyd edək ki, "Qəbələ" - "Zirə" görüşü sabah saat 15:00-da Qəbələ şəhər stadionunda baş tutacaq.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.