"Neftçi"nin prezidenti istefa verdi

“Neftçi”də gözlənilməz istefa baş verib.

 

Prosport.Az xəbər verir ki, klub prezidenti Orxan Hüseynzadə vəzifəsindən uzaqlaşıb. Onun şəxsi istəyi ilə tutduğu postdan ayrıldığı bildirilib. Hüseynzadə bu gün istefa ərizəsi ilə klubun təsisçisinə müraciət edib. Nəticədə prezidentin istefası qəbul olunub.

Qeyd edək ki, Orxan Hüseynzadə ötən il iyulun 6-da “Neftçi”nin prezidenti təyin olunub.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.