"Qəbələ" - "Zirə" oyunu Cabbarova tapşırıldı

Topaz Premyer Liqasında XVI turun oyunları üçün təyinatlar açıqlanıb. 

Prosport.Az xəbər verir ki, turun mərkəzi oyunu hesab edilən "Qəbələ" - "Zirə" matçı Rauf Cabbarova həvalə olunub. Ona Akif Əmirəli, Knyaz Əmiraslanov, Orxan Məmmədov köməklik edəcəklər.

Qeyd edək ki, fevralın 17-də Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşmanın start fiti saat 15:00-da veriləcək.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.