"Qarabağ" Türkiyədə yenə heç-heçə etdi

Mövsümün ikinci yarısına hazırlığı Antalyada davam etdirən "Qarabağ" bu gün toplanış çərçivəsində ikinci yoxlama oyuna çıxıb.

Prosport.Az xəbər verir ki, "köhlən atlar" Polşanın "Lexiya" (Qdansk) klubu ilə qarşılaşıb. Ağdam təmsilçisi bu görüşdən də heç-heçə ilə ayrılıb - 1:1.

Xatırladaq ki, “Qarabağ” Antalyada keçirdiyi ilk yoxlama oyununda Rusiyanın “Kuban” klubuyla 2:2 hesablı heç-heçə edib. 

Yoxlama oyunu

20 yanvar

18:30 Qarabağ (Azərbaycan) - Lexiya (Polşa) 1:1

Qollar: Dani Kintana, 58 (1:0), Flavio Payşao, 86 (1:1)

13. İbrahim Şexiç, 14. Rəşad Sadıqov, 52. Yakub Jezniçak, 5. Maksim Medvedev, 77. Donald Qerye, 2. Qara Qarayev, 20. Riçard Almeyda,  8. Miçel, 10. Pedro, 99. Dani Kintana, 44. Ağabala Ramazanov

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.