Seqoviya Qazaxıstan klubu ilə müqavilə bağlamaq istəmədi

"Neftçi"nin futbolçusu Daniel Seqoviyanın Qazaxıstanın "Jetısu” komandasına keçidi baş tutmayıb.

Prosport.az verir ki, 32 yaşlı ispaniyalı hücumçu hazırda Antalyada toplanış keçən "Jetısu”da baxışda olub. O, Türkiyənin "Sivasspor” və Rusiyanın "Luç Energiya” komandaları ilə yoxlama matçlarında da iştirak edib.

Forvard bu matçlarda qol vurmasa da, bəyənilib. Lakin Seqoviya açıqlanmayan səbəbdən müqavilə bağlamağa imtina edib və klubun düşərgəsindən ayrılıb.

Qeyd edək ki, "Neftçi”də əsas heyətə düşə bilməyən Seoqviya transferə çıxarılıb.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.