"Qarabağ"ın ikinci oyunun vaxtı açıqlandı

Mövsümün ikinci yarısına hazırlığı Antalyada davam etdirən "Qarabağ" sabah toplanış çərçivəsində ikinci yoxlama oyununda Polşanın "Lexiya" (Qdansk) klubu ilə qarşılaşacaq.

Prosport.Az xəbər verir ki, oyunun keçiriləcəyi saat müəyyənləşib. Klubun “facebook” hesabının yaydığı məlumata görə, matç Bakı vaxtıyla saat 18:30-da start götürəcək.

Xatırladaq ki, “Qarabağ” Antalyada keçirdiyi ilk yoxlama oyununda Rusiyanın “Kuban” klubuyla 2:2 hesablı heç-heçə edib.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.