"Keşlə" "Zirə"dən üstün oldu

Mövsümün ikinci yarısına hazırlığı davam etdirən “Zirə” və “Keşlə” yoxlama oyununda qüvvələrini sınayıblar.

Prosport.Az xəbər verir ki, İsmət Qayıbov adına təlim-məşq bazasında keçirilən oyun “Keşlə”nin 2:1 hesablı qələbəsi ilə nəticələnib.

Matçda Yuri Maksimovun yetirmələrindən Sinan Akkoyun və Əlibəy Məmmədli fərqləniblər. “Zirə”nin yeganə qolunu isə Riçard Qadze vurub.

Yoxlama oyunu

19 yanvar

Keşlə - Zirə 2:1

Qollar: Sinan Akkoyun, 68. Əlibəy Məmmədli, 83 - Riçard Qadze, 88.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.