"Azərbaycanda Prosineçkiyə böyük hörmət var" - Şehiç

“Qarabağ”ın Bosniya və Herseqovina millisinə dəvət alan qolkiperi İbrahim Şehiç yerli mətbuata açıqlama verib.

Prosport.Az xəbər verir ki, Şehiç açıqlamasında millimizin sabiq çalışdırıcısı, hazırda Bosniya və Herseqovina yığmasının “sükanı arxasında” olan Robert Prosineçki barədə də fikirlərini bölüşüb:

“Robert Prosineçki ilə iki il yarımdı tanışıq. O, böyük insandır, oyunçular haqda hər şeyi bilir. O özü də peşəkardır, məşqçi heyəti də peşəkarlardan qurulub. Onun təyinatını gözləyirdik. Artıq hər şey bizdən asılıdır. Prosineçkinin gəlişi millimizin nəticələrinə müsbət təsir edəcək. Azərbaycanda da Prosineçkiyə böyük hörmət var, onun işini yüksək qiymətləndirirlər”.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.