Ceyhun Sultanov: "Hardan bilirlər ki, Nicat Muxtarovun arxasında olmamışıq?

"Azərbaycan Radiosu"nda yayımlanan "İdman" radiojurnalı verilişinin qonağı "Sumqayıt" klubunun baş meneceri, klubun futbol akademiyasının rəhbəri Ceyhun Sultanov olub.

Prosport.Az xəbər verir ki, klub rəsmisi bir müddət əvvəl Sumqayıt şəhərində sentyabrın 9-da və 15-də şəhər ərazisində telekommunikasiya qovşağına məxsus ümumilikdə 695 metr hava rabitə kabelini kəsərək oğurladığı üçün həbs edilən Nicat Muxtarov barədə danışıb. O, futbolçuya dəstək çıxmamaları bərədə edilən tənqidlərə belə cavab verib:

"Hardan bilirlər ki, Nicat Muxtarovun arxasında olmamışıq? Hansı bir ailə üzvünün başına gələn bu cür hadisəni ictimailəşdirər? Həmişə Nicat Muxtarovun yanında olmuşuq, nə dəstək lazımdısa göstərmişik. Həmişə mənəvi dəstək olmuşuq. Dekabrın sonunda onunla görüşüb qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam vermişik. Samir Abasov məşqçi kimi onun xidmətində maraqlı deyil". 

nicat muxtarov ile ilgili görsel sonucu

Sultanov ötən mövsümün son oyunlarından birində hakimi söydüyünə görə qırmızı vərəqə alaraq cəzalanan futbolçunun cəriməsinin Muxtarov tərəfindən ödənilməyəcəyini də bildirdi: 

"Bizim nizam-intizam qaydalarımızda belə bir bənd var, futbolçun qaydalardan kənar aldığı cəzanın cəriməsini özü ödəyir. Bu, şərti qərar idi. Yenə də cəriməni özümüz ödəyəcəyik. Bu məsələni mətbuat çox şişirtdi".

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.