"Zirə" əvəzedicilərini darmadağın etdi

Mövsümün ikinci yarısının hazırlıqlarını davam etdirən "Zirə" bu gün ikinci yoxlama oyunu keçirib.

Prosport,Az xəbər verir ki, qəsəbə təmsilçisi əvəzedici komandası ilə qarşılaşıb. Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçirilən görüş Ayxan Abbsovun 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. İlk iki qolu Vüsal İskəndərli, digər iki qolu isə Mirsahib Abbasov vurub.

Legioner futbolçular hazırlıqlara gec qoşulduğuna görə baş məşqçi Ayxan Abbasov bu oyunda ancaq yerli oyunçuların xidmətindən yararlanıb.

"Zİrə" növbəti matçını yanvarın 19-da "Keşlə"yə qarşı keçirəcək. Bu qarşılaşma haqqında ətraflı məlumat veriləcək.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.