Yuri Maksimov “Keşlə”yə həmyerlisini gətirir

“Keşlə”nin yeni baş məşqçisi Yuri Maksimov komandasına ukraynalı futbolçu cəlb etməyə hazırlaşır.

Prosport.Az xəbər verir ki, o, bu barədə ölkəsinin mətbuatına açıqlamasında məlumat verib. Ukraynalı mütəxəssis bildirib ki, həmyerlisi Dmitri Xomçenovski ilə danışıqlar aparırlar:

“Xomçenovski ilə iki həftə əvvəl maraqlanmağa başlamışıq. Onunla bu məsələni bir daha müzakirə edəcəyik. Təklifimiz Dmitrini qane etsə, o, “Keşlə”nin futbolçusu ola bilər. Komandama başqa ukraynalı futbolçu cəlb edəcəyəmmi? Buna baxacağıq”.

Qeyd edək ki, Xomçenovski karyerasına Donetsk “Olimpik”ində başlayıb. Daha sonra o, “Krivbass”, “Zarya”, İspaniyanın “Ponferradina” və Polşanın “Yagelloniya” klublarında oynayıb. 27 yaşlı yarımmüdafiəçi bir neçə gün öncə Polşa klubu ilə əməkdaşlığa son qoyub və yeni komanda axtarışındadı.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.