"Neftçi"dən cavab gözləsəm də, sonra planlar dəyişdi" - Şota Arvaladze

Hazırda “Paxtakor”un baş məşqçisi olan Şota Arveladze bir müddət əvvəl “Neftçi”dən təklif aldığını təsdiqləyib.

Prosport.Az xəbər verir ki, gürcü mütəxəssis azerisport.com-a müsahibəsində hətta “ağ-qaralar”la anlaşmaq üçün Bakıya gəldiyini də bildirib:

“Bəli, “Neftçi”dən təklif almışdım. Klub rəhbərliyinin təklifi ilə Azərbaycana da gəldim. Onlardan cavab gözləsəm də, sonra planlar dəyişdi. Bu, klubun 80 illik yubileyi ərəfəsində idi. Mən “Neftçi”ni çalışdırmağa hazır idim. Azərbaycanda işləmək istəyirdim”.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.