"Kəpəz"in yeni baş məşqçisi ilə ilk məşqi Bakıda oldu

Premyer Liqanın XIII turunda Gəncədə “Qəbələ”ni qəbul edəcək “Kəpəz” 1 günlük istirahətdən sonra məşqlərə başlayıb.

Prosport.Az xəbər verir ki, komandanın bu günə olan məşqi Bakı Olimpiya Stadionunun yardımçı meydançasında keçirilib. “Sarı-göylər”i məşqə yeni baş məşqçi Yunis Hüseynov çıxarıb.

Təxminən saatyarım davam edən hazırlıq prosesi isinmə təmrinlərinin yerinə yetirilməsi ilə başlayıb. Daha sonra futbolçular toplu məşqlər və taktiki-texniki tapşırıqlar üzərində çalışıblar. 

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.