"Neftçi" gücünü divizion komandaları ilə oyunda sınayacaq

"Neftçi” PFK-nın Bakı toplanışı çərçivəsində keçirəcəyi iki yoxlama oyunundakı rəqibləri dəqiqləşib.

Prosport.Az xəbər verir ki, "ağ-qaralar" iyulun 15-də saat 11:00-da "Binə”, iyulun 19-da saat 18:00-da isə "Şüvəlan” klubu ilə qarşılaşacaq. Hər iki matç İsmət Qayıbov adına təlim-məşq bazasının meydançasında baş tutacaq.

Xatırladaq ki, "Neftçi” ilk yoxlama oyununu bu gün "Kəpəz”ə qarşı keçirəcək. Saat 18:00-da başlanacaq görüş İsmət Qayıbov adına təlim-məşq bazasının meydançasında olacaq.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.