"Kəpəz" həvəskar komanda ilə qarşılaşarsa...

Yeni mövsümün hazırlıqlarını ölkə paytaxtında davam etdirən “Kəpəz” bu gün ilk yoxlama oyununa çıxıb.

Prosport.Az xəbər verir ki, “sarı-göylər” həvəskarlar liqasının təmsilçisi olan “Bakı” ilə qarşılaşıb. Rəqib meydanında baş tutan görüş Gəncə klubunun 2:1 hesablı qələbəsi ilə nəticələnib. “Kəpəz”dən qolları yeni transferlər İlyas Səfərzadə və Kamran Abdullazadə vurub.

Qeyd edək ki, gəncəlilər növbəti yoxlama oyununu iyulun 11-də “Neftçi”yə qarşı keçirəcək.  

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.