"Neftçi"də köhnə hamam, köhnə tas

"Neftçi Peşəkar Futbol Klubu” Məhdud Məsuliyyətli Cəmiyyətində struktur dəyişikliyi edilib.

Prosport.Az xəbər verir ki, təsisçinin qərarı ilə "İcraçı direktor” vəzifəsi ləğv edilib, "Prezident” və "Vitse-prezident” vəzifələri təsis edilib.

"Neftçi Peşəkar Futbol Klubu” MMC-nin fəaliyyətinə rəhbərlik Cəmiyyətin təkbaşına icra orqanı olan Prezident tərəfindən həyata keçiriləcək. Orxan Hüseynzadə müvafiq qərarla prezident, Elnur Eyvazov isə vitse-prezident vəzifəsinə təyin olunub.

Müşahidə Şurası əvvəlki tərkibdə "Neftçi Peşəkar Futbol Klubu” MMC-nin idarə olunmasına nəzarəti həyata keçirəcək. Yeri gəlmişkən, klubun Müşahidə Şurası bu dəyişikliyi dəstəklədiyini bəyan edib.

Qeyd edək ki, klubun son prezidenti bunadək hazırda "Neftçi" İdman Klubunun rəhbəri olan Sadıq Sadıqov, son vitse-prezidenti isə hazırda Voleybol Federasiyasında çalışan Elnur Məmmədov olmuşdu. 2015-ci ildə bu postlar ləğv olunmuşdu. 2 ildən sonra klub "köhnə hamam, köhnə tas"a qayıdıb.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.