"Səbail" "Sumqayıt"la yenə bacarmadı

"Səbail" bu gün Bakı toplanışı çərçivəsində üçüncü və sonuncu yoldaşlıq görüşünü "Sumqayıt"a qarşı keçirib.

Prosport.Az xəbər verir ki, Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında baş tutan qarşılaşmada debütant komanda meydandan 0:1 hesablı məğlubiyyətlə ayrılıb. Yeganə qola Cavid İmamverdiyev imza atıb.

Qeyd edək ki, ilk yoldaşlıq görüşündə "Binə"ni 2 cavabsız qolla məğlub edən "aslanlar" ikinci yoxlama oyununda "Sumqayıt"la "Kapital Bank Arena"da 2:2 hesablı heç-heçəyə razılaşmışdı.

"Səbail" toplanışın ikinci mərhələsini iyulun 10-dan etibarən Türkiyənin Kartepe qəsəbəsində davam etdirəcək.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.