"Qarabağ" 6 ildir oynayan futbolçusunu yola salıb, albaniyalı müdafiəçi ilə müqavilə bağladı

“Qarabağ”dan ayrılan növbəti futbolçunun adı məlum olub.

Prosport.Az xəbər verir ki, sağ cinah müdafiəçisi İlqar Qurbanovla yollar ayrılıb.

İlqar Qurbanov 2011-ci ildən etibarən “Qarabağ”ın şərəfini qoruyurdu və müdafiəçi 144 dəfə bu komandanın heyətində meydana çıxmışdı. Qurbanov bu matçlarda 6 qolla yadda qalıb.

Xatırladaq ki, İlqar Qurbanovdan əvvəl "Qarabağ" Vüqar Nadirov və serbiyalı qapıçı Boyan Şaranovla yeni müqavilə bağlamamaq qərarına gəlmişdi.

“Qarabağ” eyni zamanda növbəti mövsüm üçün transfer çalışmalarını da davam etdirir. Klub rəhbərliyi Qara Qarayev və Əfran İsmayılovun ardından daha bir futbolçu ilə müqavilə yeniləyib. Belə ki, Albaniya millisinin kapitanı Ansi Aqolli daha 1 il “Qarabağ”ın uğurları üçün çalışacaq.

Qeyd edək ki, sol cinah müdafiəçisi 2010-cu ildə bu komandaya transfer olunub.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.