"Neftçi" həvəskar komandadan məşqçi gətirdi - FOTO

"Neftçi” PFK-nın baş məşqçisi Elxan Abdullayevin köməkçisi müəyyənləşib.

Prosport.Az xəbər verir ki, Novruz Əzimov əsas komandanın məşqçisi vəzifəsinə təyin olunub. 

1982, 1985-1989 və 1991-1992-ci illərdə "Neftçi”nin heyətində 146 oyun keçirib, 5 qol vurmuş Əzimov Azərbaycan çempionudur (1992). "Kəpəz” və AZAL klublarında məşqçi kimi çalışmış mütəxəssis "Bakı”nın baş məşqçisi, məşqçisi və idman direktoru vəzifələrini yerinə yetirib. Baş məşqçi kimi Azərbaycan kubokunun qalibi olub (2011/2012).

Image result for novruz əzimov

Qeyd edək ki, Novruz Əzimov "Neftçi"yə gələnədək hazırda həvəskar futbolçular arasında keçirilən çempionatın iştirakçısı "Bakı"nın baş məşqçisi idi.

Xatırladaq ki, Elxan Abdullayevin köməkçilərindən Aleksandr Deriberin və İqor Getmanla yeni müqavilə bağlanılmayıb.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.