"Lokomotiv"in maraq dairəsində olan futbolçumuz "Qarabağ"la müqavilə bağladı

Növbəti mövsüm transfer çalışmalarını davam etdirən "Qarabağ" 2 futbolçuyla müqavilə yeniləyib.

Prosport.Az xəbər verir ki, bunlarr bu komandanın yetirməsi və millimizin üzvü Qara Qarayev, eləcə də yarımmüdafiəçi Əfran İsmayılovdur.

Razılaşmaya əsasən hər iki yarımmüdafiəçi ilə daha 2 illik müqavilə bağlanılıb. Hər iki futbolçu bununla bağlı öz fikirlərini bildirib.

Qara Qarayev: "Daha 2 il "Qarabağ"ın bir parçası olmaq mənim üçün qürurvericidir. Nə qədər gücüm var, bu komandanın, bu camiənin xidmətində olmağa çalışacağam. Klub rəhbərliyi və məşqçilər heyətinə də təşəkkürümü bildirirəm ki, məni yenidən komandada görmək istəyirlər. Bu da məni çox sevindirir. Növbəti illərdə də "Qarabağ"ın uğurları üçün əlimdən gələni edəcəyəm".

Əfran İsmayılov: "Qarabağ" mənə doğma komandadır. Mənim üçün sevindirici haldır ki, daha 2 il bu komandanın formasını geyinəcəyəm. Çalışacağam ki, öz oyunumla komandama xeyir verim və uğurlarımın üstünə uğur gətirim. Əsas məqsədimiz növbəti mövsüm daha yaxşı çıxış edib azarkeşlərimizi sevindirməkdir".ildirib: "Qarabağ" mənə doğma komandadır. Mənim üçün sevindirici haldır ki, daha iki il bu komandanın formasını geyinəcəm. Çalışacam ki, öz oyunumla komandama xeyir verim və uğurlarımın üstünə uğur gətirim. Əsas məqsədimiz növbəti mövsüm daha yaxşı çıxış edib azarkeşlərimizi sevindirməkdir".

Qeyd edək ki, Qara Qarayevə Rusiyanın "Lokomotiv" klubundan maraq var.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.