"Qarabağ"ı bu 2 futbolçu tərk etdi: Onlardan 1-i ağdamlıdır

Ölkəmizi Çempionlar Liqasında növbəti dəfə təmsil edəcək "Qarabağ"ın sıralarını tərk edən ilk futbolçuların adları bəlli olub.

Prosport.Az xəbər verir ki, serbiyalı qapıçı Boyan Şaranov və hücumçu Vüqar Nadirovla yollar ayrılıb.

Qeyd edək ki, serbiyalı qolkiper cari mövsümün əvvəlində bu komandaya transfer olunmuşdu. Ağdamın Seyidli kəndindən olan Vüqar Nadirov da mövsümün əvvəlində 3-cü dəfə "Qarabağ"a qayıtmışdı. Baş məşqçi Qurban Qurbanov hər iki futbolçuya demək olar ki, oynamaq şansı vermədi.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.