Mxitaryanlı “Arsenal” yenə Bakıya gəlir – VİDEO

Mayın 29-da həlledici matçı Bakıda keçiriləcək UEFA Avropa Liqasının ilk finalçısının adına aydınlıq gəlib.

Prosport.Az xəbər verir ki, bu, İngiltərənin “Arsenal” klubu olub.

Londonda İspaniyanın “Valensiya” komandasına 3:1 hesabı qalib gələn “Arsenal” bu dəfə İspaniyada 4:2 hesablı qələbəyə sevinib. Bu görüşdə “Arsenal”ın qabonlu hücumçusu Pyer-Emerik Obameyanq het-trik edib. Maraqlıdır ki, Londondakı ilk matçda olduğu kimi, bu dəfə də hesabı Valensiya təmsilçisi açıb.

Bununla da “Arsenal” finala çıxıb. Xatırladaq ki, “Arsenal” cari mövsüm artıq ikinci dəfə Bakıya gələcək. Henrix Mxitaryanın oynadığı “topçular” payızda Avroliqanın qrup mərhələsində məhz “Qarabağ”ın mübarizə apardığı qrupda yer almışdı.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.