Qətər millisi tarixinin ən yüksək nəticəsinə nail oldu – VİDEO

  • Kateqoriya İcmal

Futbol üzrə Asiya Kubokunun qalibi məlum olub.

Prosport.Az xəbər verir ki, kubokun finalında Qətər və Yaponiya milliləri qarşılaşıb.

Yarımfinala adlamaqla çoxlarını təəccübləndirmiş Qətər komandası finalda rəqibini 3:1 hesabı ilə məğlub edərək Asiya Kubokunu qazanıb.

Bununla da 2022-ci ildə keçiriləcək dünya çempionatına ev sahibliyi edəcək Qətər millisi tarixinin ən yüksək nəticəsini qazanıb. Bu komanda ilk dəfə Asiya Kubokuna sahib çıxıb.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.