“Milan” yeni hücumçusu ilə “Napoli”ni kubokdan çıxartdı – VİDEO

  • Kateqoriya İcmal

İtaliya Kubokunda 1/4 final mərhələsinə start verilib.

Prosport.Az xəbər verir ki, günün yeganə kubok qarşılaşmasında üç gün əvvəl çempionatda qolsuz heç-heçə etmiş “Milan” və “Napoli” təkrar üz-üzə gəlib.

Bu dəfə görüşdə hesab açılıb. “Milan” argentinalı Qonsalo İquaynın yerinə “Cenoa”dan transfer etdiyi polşalı hücumçu Kşiştof Pyontekin dublu ilə 2:0 qalib gəlib. Bununla da A Seriyasında ikinci pillədə olan “Napoli” kubokla erkən vidalaşıb.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.